Türkiyənin Əmək və Sosial Təminat Nazirliyinin Təhsil Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqatçıları üçün “Tədqiqat metodları” adlı təlimlərə start verilib.
Universitetdən bildirilib ki, onlayn platforma üzərindən keçirilən üç günlük təlimlər Türkiyənin əmək və sosial təminat nazirinin müavini, professor Lutfihak Alpkan, Ankara Universitetinin professoru Ömay Çokluk Bökeoğlu və Alanya Alaaddin Keykubat Universitetinin dosenti Duygu Koçak tərəfindən aparılır.