Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva British Council və Böyük Britaniya səfirliyinin birgə təşkil etdiyi “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb.

 

Universitetdən bildirilib ki, 4 kateqoriya (“elm və tərəqqi”, “mədəniyyət və kreativlik”, “sosial fəaliyyət”, “biznes və innovasiya”) üzrə keçirilən müsabiqədə AzMİU əməkdaşı “sosial fəaliyyət” kateqoriyası üzrə təhsil sahəsində gördüyü işlərə görə mükafat qazanıb. Bu istiqamətdə Böyük Britaniya universitetləri ilə qurulan əlaqələr, həyata keçirilən layihələr əsas götürülüb.

 

Məlumat üçün qeyd edək ki, 2015-ci ildən keçirilən bu müsabiqə Böyük Britaniyada təhsil alan ən uğurlu məzunlar üçün nəzərdə tutulur. T.Əliyeva da Böyük Britaniyanın Lester Universitetinin məzunudur.