Mingəçevir Dövlət Universitetində (MDU) payız semestrinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Tələbələr, magistrantlar və onların valideynləri ilə görüşən MDU-nun rektoru Şahin Bayramov imtahan sessiyasının növbəti həftəsinin müvəffəqiyyətlə başa çatdığını bildirib, aparılan müvafiq hazırlıq işlərinin nəticəsində uzunmüddətli fasilədən sonra əyani formada təşkil olunan imtahanlara tələbə və müəllimlərin çevik uyğunlaşdığını qeyd edib.
Tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricilərinin qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdıran rektor imtahan sessiyasının ədalətli, şəffaf və obyektiv keçirilməsində əməyi olan bütün kollektiv üzvlərinə minnətdarlığını bildirib.
Görüşdə tələbə və magistrantların sualları cavablandırılıb. Tələbələr universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə ediblər.