Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Şuşa ili” adlı layihə əsasında tədbir keçirilib.

 

Tədbirdə qeyd edilib ki,  Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.

 

Məktəbin direktor əvəzi Əzizə Abdıyeva “Şuşa ili” ilə bağlı təhsil ocağında təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən  söhbət açaraq  bildirib ki,  təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

 

Sonda şagirdlərin əl işlərindən ibarət rəsm əsərləri numayiş olunub.

 

Rəşad ZİYADOV