Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə "Layihələrin idarəedilməsi" mövzusunda təlimlərə start verilib.

 

Təlimlər onlayn və əyani olmaqla hibrid formada təşkil edilir. Məqsəd ADPU sisteminə daxil olan strukturların əməkdaşlarından ibarət peşəkar layihə idarəetmə komandası formalaşdırmaqdır. Bu məqsədlə 9 alt modul üzrə təşkil edilən təlimlər mart ayınadək davam etdiriləcək.

 

Təlimlər çərçivəsində yerli və beynəlxalq layihələrin planlaşdırılması, icrası, monitorinqi, büdcənin idarə olunması və s. kimi zəruri modulların mənimsənilməsindən sonra iştirakçılar tərəfindən təklif edilən praktik layihə təkliflərinin təqdimatı keçiriləcək.

 

Təlimin spikerləri ADPU-nun prorektoru, layihə idarəetməsi üzrə ekspert, dosent Eldar Aslanov, ADPU rektorunun strateji məsələlər üzrə müşaviri Ümid Mehdiyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, ekspertlər Aliyə Əhmədova, Pərviz Bağırov, Eşqin Bayramov və Gülşən Bayramovadır.

 

Təlimlərdə universitetin müsahibə əsasında seçilmiş 30-dək əməkdaşı iştirak edir.