Bir qrup valideyn növbəti dəfə Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin qış imtahan sessiyası çərçivəsində əyani formada təşkil edilən imtahan prosesini izləyib.
Valideynlər imtahanların keçirilməsi mexanizmi və tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları ilə yaxından tanış olublar. İmtahan sessiyası müddətində “İmtahan Qərargahı”nın, “İmtahanlara dəstək qrupu”nun, “Apellyasiya Komissiyası”nın və “Qaynar xətt”in fəaliyyəti barədə valideynlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tələbələrin imtahanlara lazımi şəkildə hazırlaşması məqsədilə yaradılan imkanlardan məmnunluqlarını ifadə edən valideynlər imtahan prosesinin mütəşəkkil, obyektiv və şəffaf keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, valideynlər 7 və 14 yanvar tarixlərində də keçirilən imtahan sessiyasını yaxından izləmişdilər.