Festival çərçivəsində tədbir


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Birinci Beynəlxalq Folklor Festivalı çərçivəsində baş tutan tədbirdə festivalın Azərbaycan, Gürcüstan və Hindistandan olan iştirakçıları arasında qarışlıqlı  mədəni əməkdaşlığın  genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcəkdə bu festivalın davam etdirilməsi xüsusi vurğulanıb.

  

Festivalın yüksək səviyyədə təşkilindən razılıq  edən qonaqlar  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürlərini bildiriblər.

   

Qeyd edək ki, festival uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə onlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

                                                          

Sifai SƏFƏROVA