Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologiya fakültəsində Yerquruluşu ixtisasının tələbələri üçün Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə təlimlərə start verilib.



Təlimçilər mütəxəssis Mehman Mehdiyev, Geodeziya ve Kartoqrafiya MMC-nin fotoqrammetriya üzrə mütəxəssisi Samir Həsənov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılovdur.



Təlimçilər hazırlanmış proqram əsasında tələbələrə istehsalatda aparılan yerquruluşu, geodeziya işləri, müasir CİS proqramları, geodeziya alət və avadanlıqlarının iş prinsiplərini, əlavə təcrübə və bilikləri çatdıracaqlar.