Xirdalan şəhər 10 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Məktəbin ədəbiyyat müəllimi Elnarə Babayevanın təşkilatçılığı ilə hazırlanan “20 Yanvar-tarixi yaddaşımıza qara hərflərlə yazılan gün” adlı tədbirdə xalqımıza qarşı törədilmiş ən amansız və dəhşətli cinayətlərdən söz açılıb. Şagirdlərin hazırladığı slaydlar və şeir kompozisiyası göstərilib.
Sonra çıxış edən məktəbin direktor əvəzi Əzizə Abdıyeva bu faciənin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Rəşad ZİYADOV