Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edilib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan müsabiqənin məqsədi qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etməkdir.  Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər, ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 30-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru elektron ünvanına göndərməlidir.

 

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq. Müsabiqənin yekun sərgisi - Xətai Sənət Mərkəzində keçiriləcək.