Bakı Slavyan Universitetinin (BSU) əməkdaşı, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Əmək və şücaətə görə” medalı ilə təltif edilib.

 

BSU-dan AZƏRTAC-a bildirilib ki, Lesya Kərimova bu təltifə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə layiq görülüb.