Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsi, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının III təhsil ilinin bakalavriat və I təhsil ilinin magistrantları “Mister və Miss Kids Fashion 2021" yarışmasının final mərhələsində iştirak ediblər. Onlar sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi altında avanqard, milli kreativ və modern üslubda hazırladıqları gözoxşayan geyimləri ilə tədbirə qatılıblar.
Gənc tələbə modelyerlərdən Dürdanə Əliyeva və Nərminə Məmmədova yarışmada birincilik dərəcəsi qazanıb. Digər tələbələrdən Gülüş Aslanlı, Ülviyyə Əliyeva, Əfsanə Gəncəliyeva, Natiq Əliyev, Gülayə Məmmədova, Leyla Budaqova, Fidan Əliyeva isə uğurlu geyim nümunələri ilə müxtəlif dərəcəli diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, moda yarışması Sədaqət Rəşid qızının və Venera Model Agentliyinin birgə təşəbbüsü ilə keçirilib.