Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.
Microsoft Teams platforması üzərindən təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.
MDU-da imtahanların əyani formada şifahi şəkildə təşkil olunduğunu qeyd edən Ş.Bayramov sessiyanın obyektiv, şəffaf, ədalətli və karantin rejiminin müvafiq tələblərinə uyğun keçirilməsi üçün zəruri olan bütün mümkün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib.
Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədini daşıyan “Açıq qapı” günlərinin cari ilin 3 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.