Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gündən start verilib.

 

Universitetdən bildirilib ki,  imtahanlar əyani şəkildə, şifahi formada keçirilir.

 

Professor-müəllim heyəti tərəfindən tədris olunan fənlər üzrə əldə edilən bilik və bacarıqların qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün zəruri olan bütün hazırlıq işləri başa çatdırılıb.

 

Sessiya müddətində İmtahan Qərargahı, Qaynar Xətt, İmtahanlara Dəstək Qrupu və Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

 

İmtahanlarda valideynlərin, ictimaiyyət nümayəndələrinin və MDU İctimai Nəzarət Şurası üzvlərinin fəal iştirakı təmin olunacaq.

 

Sessiya dövründə gündəlik əsasda keçiriləcək fərdi qəbullardan əlavə, hər həftənin cümə axşamı günü saat 15:00-da rektorun iştirakı ilə “Açıq Qapı” Günü təşkil ediləcək.

 

Qeyd edək ki, MDU-nun rektoru Şahin Bayramov imtahanlarla əlaqədar tələbə və magistrantlara müraciət edib, onların müvəffəq nəticələr qazanacağına inandığını söyləyib və  uğurlar arzulayıb.