Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bütün əməkdaşlarının maaşları artırılıb. Bu barədə ADNSU-nun Elmi Şurasının iclasında qərar qəbul olunub.
Universitetdən bildirilib ki, ali məktəbin professor-müəllim heyəti, inzibati, təsərrüfat və texniki vəzifələr üzrə çalışan işçilər də daxil olmaqla, bütün əməkdaşları öz maaşlarını 1 yanvar 2022-ci il tarixindən artımla alacaqlar.