Lənkəran Dövlət Universitetində (LDU) 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Yeni il karnavalı” keçirilib.

 

LDU-nun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar Texnoloji Kolleclə birgə keçirilən bayram tədbirində universitetin rektoru, professor Natiq İbrahimov başa çatmaqda olan ilin yekunlarından, 2022-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

 

Yeni il tədbirində 2021-ci ildə universitetin və kollecin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən tələbələrə “Təşəkkürnamə”lər təqdim olunub.

 

Tədbirin sonunda universitetin və kollecin tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər.