Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

Tədbirdə muxtar respublikanın ictimai və yaradıcı mühitində fərqlənən istedadlı 30 yeniyetmə və gənc, ilin fəalları, uğurlu nəticələr qazanan idmançılar mükafatlandırılıblar.

 

Naxçıvan Dövlət Universitetinin (NDU) Tələbə Gənclər Təşkilatı ilin fəal təşkilatı seçilib. Qeyd edək ki, təşkilat tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və mənafelərinin müdafiəsini, intellektual inkişafını, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, ictimai həyatda fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq işini uğurla həyata keçirir. Məhz ali təhsil ocağının tələbə təşkilatlarının fəallığı nəticəsində universitet tələbələri muxtar respublikada, Azərbaycanda keçirilən müsabiqələr, olimpiadalar, sərgilər, festivallarda və digər tədbirlərdə fəal iştirak edir, qələbə qazanırlar.