Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) mərkəzi tərəfindən universitet əməkdaşları üçün treninqlərə start verilib. 


AzMİU-dan bildirilib ki, treninqlərin təşkilində əsas məqsəd akademik və tədris köməkçi heyətin İT bacarıqlarının yüksəldilməsi, həmçinin bir çox ixtisaslarda tədris olunan tətbiqi proqramların daha dərin mənimsənilməsidir. Qeyd edək ki, treninqlər onlayn sorğu nəticəsində universitet əməkdaşlarının təkmilləşmək istədikləri mövzular əsasında onlayn və ənənəvi qaydada təşkil olunur. Ümumilikdə 100-dən çox əməkdaşın 300-ə yaxın müraciəti əsasında 12 istiqamətdə təşkil olunan treninqlər baza təcrübəsi olanlar və yeni başlayan istifadəçilər nəzərə alınmaqla fərqli qruplarda tədris edilir.