Bakı Mühəndislik Universitetinin (BMU) komandası “14-cü həmkarlar kuboku 2021” yarışmasının qalibi olub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə keçirilən və 3 turdan ibarət olan bilik yarışmasına 19 ali təhsil müəssisəsindən tələbələr qatılıb.
Bilik yarışmasının final mərhələsinin nəticəsinə əsasən, BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rayaxanım Ağazadənin rəhbərlik etdiyi “BMU” komandası (Ağasəf Məhərrəmov, Ruhid Cavadlı, Şahmurad Məmmədov, Səyyar Qurbanov, Abuzər Xudaverdiyeva, Cəmil İsgəndərli) 1-ci yeri tutub.
Digər yerlərə Azərbaycan Dövlət İqtisad Universiteti (2-ci yer) və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (3-cü yer) komandaları layiq görülüblər.