Şuşa Humanitar Kollecində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirilib.

 

"Gücümüz həmrəylikdədir" adlı tədbirdə kollecin direktoru  Rasim  Mehdiyev 44 gündə qazanılan Qarabağ Zəfərindən bəhs edib,  Prezident İlham Əliyevin Ali Baş Komandan kimi cəbhədə gedən əməliyyatlara mükəmməl rəhbərliyindən, dövlət rəhbərinin Azərbaycana artan siyasi-diplomatik təzyiqlərə sinə gəlməsindən, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından qürur hissi ilə danışıb. 

 

Daha sonra kollec tələbələrinin ifasında vətənpərvərlik mövzusunda xalq və bəstəkar mahnıları ifa olunub, çıxışlar edilib. Çıxışlarda belə bir fikir səslənib ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir ; Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana dillərini, dinlərini, milli adət və ənənələrini heç zaman unutmamalıdırlar ; Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik Azərbaycan kimi Vətəni vardır ; Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası  kimi müstəqil bir dövlət durur.

 

Rəşad ZİYADOV