Almaniya Federativ Respublikasının Təhsil Nazirliyində məktəblərin növbəti dəfə bağlanmasını istisna etməyiblər.
Ölkədə virusun yeni variantının sürətlə yayılmasına cavab kimi hökumətin bu tədbiri gözlənilir. Almaniyanın təhsil naziri Bettina Stark-Vatsinger “Bild” nəşrinə müsahibəsində bu nazirliyin tabeliyində olan müəssisələri məktəblərin bağlanması labüd olacağı halda növbələşən dərslər keçməyə hazırlaşmağa çağırıb. O, rəqəmsal paktdan olan vəsaitlər hesabına məktəblərin təchizatını yaxşılaşdırmaq barədə göstəriş verib.
Nazir məktəb administrasiyalarını şagirdləri və müəllimləri sinifdə maska taxmağa, mütəmadi testdən keçməyə, şagirdlərin və müəllimlərin immunlaşmasını sürətləndirməyə çağırıb.
Azərtac