Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə evində Nizami Gəncəvi irsinin tədqiqatçısı, araşdırmaçı Ragnhild Thori tərəfindən seminar keçirilib.
Universitetin müxtəlif fakültələrindən olan tələbələrin iştirakı ilə keçirilən seminar “Nizami Gəncəviyə əcnəbilərin gözü ilə baxış- xüsusilə “Leyli və Məcnun” əsərinə” mövzusunda olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Ragnhild Thori ADAU tərəfindən təşkil olunan, xarici və ölkə alimlərinin iştirakı ilə keçirilən “Nizami Gəncəvinin əsərlərində ümumbəşəri ideyalar” adlı onlayn beynəlxalq elmi-praktik konfransda da çıxış edib.