Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş “Ustad yazıçı –görkəmli folklorşünas” adlı konfrans keçirilib.

Konfransda universitetin professor-müəllim, tələbə heyəti ilə yanaşı,  yazıçının oğlu Turan İbrahimov, yazıçı-ssenarist Hafiz Ataxanlı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri  Gülnarə Cəmaləddin və  Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov görkəmli yazıçının zəngin yaradıcılığından bəhs edərək bildirib ki, Əzizə Cəfərzadənin ədəbi fəaliyyətinin  XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun ərsəyə gətirdiyi hər bir əsər vətənpərvərlik və qəhrəmanlıq duyğularının daşıyıcısı rolunu oynayıb. Həmin əsərlər bu gün də oxucuların mütaliə etdiyi ədəbiyyatlar sırasındadır.

“Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib”-deyə prorektor qeyd edib.

Konfransda universitet müəllimlərinin mövzuya dair məruzələri dinlənilib.

Sonra ədibin oğlu Turan İbrahimov Ə.Cəfərzadənin yaradıcılıq prosesi, şəxsi arxivində qorunan əlyazmaları, işıq üzü görən kitabları barədə məlumat verib.

T.İbahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş əsərləri”ndən ilk on iki cildi universitetin Elmi kitabxanasına hədiyyə edib.

Daha sonra Ə.Cəfərzadənin dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.

Konfrans zamanı yazıçının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd da izlənilib.