Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Daşkənd Hüquq Universiteti  arasında əməkdaşlıq sazişi imzalanıb.

 

Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Daşkənt Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbekov imza atıb.

 

İmzalanan saziş çərçivəsində hər iki universitet birlikdə elmi tədqiqatların aparılması, hüquq sahəsində elmi fəaliyyətin həyata keçirilməsi, təhsil proqramlarının, xüsusən tələbə mobilliyi proqramlarının işlənilib hazırlanması, birgə seminar, konfrans, simpozium, digər tədris və elmi tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.