Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmiş “Birliyin ulduzları” və  “Debütlər Birliyi” mükafatının təqdimat mərasimi olub. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mükafat üzrə 10  ölkənin hər birindən qalib müəyyənləşib.

 

Mərasimində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov çıxış edib, laureatlara təbriklərini çatdırıb.

 

“Debütlər Birliyi” 2021-in ölkəmizdən laureatı Dövlət İdarəçilik Akademiyasının (DİA)  müəllimi Zaur Məmmədov seçilib.