Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) əməkdaşlarının 2021-ci ildə ötən illərə nisbətən dərc olunmuş elmi əsərlərinin ümumi sayında 20, xarici beynəlxalq bazalara daxil olan jurnallarda isə 30% artım qeydə alınıb.
Universitetdən bildirilib ki, burada xüsusilə Scopus və Web of Science bazalarına daxil edilən jurnallarda AzMİU-nun professor-müəllim heyəti tərəfindən dərc olunmuş məqalələrin dinamikasını daha detallı vurğulamaq lazımdır. Belə ki, Scopus və Web of Science bazasına daxil olan jurnallarda dərc edilən məqalələrin sayı aşağıdakı cədvəldə göstərilib:
Beynəlxalq bazanın adı |
İllər üzrə beynəlxalq bazalarda çıxan məqalələrin sayı |
||
2019 cu il |
2020 ci il |
2021 ci il |
|
Web of Science |
16 |
16 |
21 |
Scopus |
20 |
24 |
31 |
Müəllimlər tərəfindən dərc olunmuş məqalələrə verilən istinadlarda da müsbət dinamikanı müşahidə etmək olar. Bu da alimlərin elmi nəticələrinə beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyər verildiyinin bariz göstəricisidir.
Qeyd olunub ki, 2021-ci ildə elmmetrik göstəricilərin artan xətlə inkişafı universitetdə çalışan professor-müəllim heyətinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə rəhbərlik tərəfindən aparılan həvəsləndirici və maarifləndirici tədbirlərin nəticəsidir.