Məlum olduğu kimi, QS Reytinq Agentliyinin 2022-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinqi açıqlanıb.
Reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 221-230-cu yerlərdə qərarlaşıb.
Universitetdən bildirilib ki, reytinq sıralamasında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” (20% çəkiyə malikdir) indikatoru üzrə olub. Belə ki, region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.
UNEC Akademik reputasiya (30% çəkiyə malikdir) indikatoru üzrə 14 pillə irəliləyərək, Azərbaycan universitetləri üzrə ikinci ən yaxşı nəticəni göstərib və regionda 122-ci yerdə qərarlaşıb.