Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun kitabxanası erməni işğalından azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitab toplama kampaniyası”na qoşulub.
Kitabxana əməkdaşları 13 adda minə yaxın kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə ediblər.