Təhsil naziri Emin Əmrullayev 24 dekabr saat 16:00-da Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri 14-21 dekabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng və ya elektron müraciət (https://portal.edu.az; https://edu.gov.az/az/contact) etməklə videoqəbula yazıla bilərlər.
Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaq. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.
Qeyd edək ki, vətəndaşların qəbulu təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”na əsasən aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən “Vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşların təhsil naziri tərəfindən qəbulu onlar müvafiq təhsil müəssisələrinin, digər qurumların, yerli təhsili idarəetmə orqanlarının, Nazirliyin müvafiq sektor, şöbə və aparatının rəhbərləri, müvafiq nazir müavinləri tərəfindən qəbul edildikdən sonra həyata keçirilə bilər.