Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə Türkiyənin “Sivas Bilişim Teknolojileri Mesleki ve Teknik Anadolu Lisesi”nin şagirdləri BMU-da olublar.

 

Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev universitet, onun maddi-texniki bazası və mövcud olan laboratoriyalar barədə şagirdlərə geniş məlumat verib.

 

Sonra şagirdlər BMU-nun Texnoparkı, kitabxanası, İKT mərkəzi, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyaları ilə yaxından tanış olublar. Onlar laboratoriyalarda elmi təcrübələri izləyiblər.

 

Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Nərmin Qəhrəmanlı ali təhsil ocağına qəbulla bağlı zəruri informasiyaları iştirakçıların nəzərinə çatdırıb.

 

Gəzinti zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, şagirdlər 2021-ci ildə Türkiyənin yeganə aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”-in qalib komandasının üzvləridirlər. Onlar bakalavr təhsillərini Azərbaycanda Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisasları üzrə almaq niyyətindədirlər.