Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, Polşa Elmlər Akademiyasının həqiqi üzvü, professor Janusz Kacprzyka ADNSU-nun Fəxri doktoru diplomu təqdim edilib.

 

Rektor, professor Mustafa Babanlı dəvəti qəbul edib ölkəmizə, o cümlədən ADNSU-ya gəldiyinə görə Janusz Kacprzyka minnətdarlıq edib. Bildirib ki, o, nəinki öz vətəni Polşanın, dünyanın bir neçə qabaqcıl universitetinin fəxri professorudur. Professor Janusz Kacprzykanın dəvət aldığı universitetlər onun təcrübəsindən yararlanaraq yeni-yeni uğurlara imza atırlar.

 

Dünya elminin və təhsilinin inkişafına töhfə verən alim Janusz Kacprzykla əməkdaşlığın önəmindən danışan rektor qeyd edib ki, bu dəyərli əlaqələr bundan sonra da Polşanın qabaqcıl universitetləri ilə əməkdaşlığa, yeni-yeni inkişaf perspektivlərinə şərait  yaradacaq.

 

ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Janusz Kacprzykun təhsili və elmi dərəcələri haqqında məlumat verib. Bildirilib ki, Janusz Kacprzyk Web of Science və Scopus  kimi dünya səviyyəli bazalara düşən iki jurnalın redaktorudur. Həmçinin, spingerdə 8 kitabın baş redaktorudur, 300-dən çox beynəlxalq konfransın iştirakçısıdır. ABŞ, Böyük Britaniya, Yaponiya, Meksika, İtaliya kimi ölkələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarının dəvətli professorudur.

 

Fəxri doktor diplomunun təqdim olunmasından sonra professor Janusz Kacprzyk dünya elminin inkişafı, süni intellektin önəmi və elmdə yeni hədəflər haqqında geniş məruzə ilə çıxış edib.