Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər. Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Nobel mükafatçısı Əziz Sancar, Türkiyə Ali Təhsil Şurası sədri Erol Özvar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı UNEC-in rektoru Ədalət Muradov və UNEC İqtisadi Forumu çərçivəsində ölkəmizə gələn əcnəbi tədqiqatçılar yer alıb.
Qonaqlar səfər çərçivəsində Şuşa şəhərinin tarixi yerlərinə baş çəkiblər, bir çox mədəniyyət abidələri ilə tanış olublar. Onlar Qala divarları, Yuxarı Gövhər ağa məscidi, Bülbülün ev-muzeyini ziyarət ediblər.
Səfər iştirakçıları Cıdır düzündə gəzinti edib, eləcə də Şuşada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.