Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə brifinq keçirilib.
Brifinqdə Azərbaycan-Türkiyə birgə Universitetinin yaradılması ilə bağlı suallara aydınlıq gətirilib. Bildirilib ki, universitetin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.