Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyətinin və əməkdaşlarının III doza (buster) vaksinasiya prosesi davam etdirilir. Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan kampaniya mövcud pandemiya qaydalarına ciddi riayət edilməklə həyata keçirilir.
Universitetdən bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən BMU əməkdaşları peyvəndlənmə prosesində könüllü şəkildə iştirak edirlər.
İki doza peyvənd olunmasından 150 gün keçmiş universitet əməkdaşları müraciətləri əsasında qeydiyyata alınır. Vaksinasiya üçün ayrılan xüsusi otaqda müvafiq müayinə prosedurları həyata keçirildikdən sonra həmin şəxslər peşəkar həkimlər tərəfindən III doza vaksinasiya olunur.
Qeyd edək ki, vaksinasiya otağı zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub.