Naxçıvan Dövlət Universitetinin  İnformasiya-Kommunikasiya texnologiyaları və Elektron təhsil şöbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Günümüzdə informasiya təhlükəsizliyi: Mövcud kiber təhlükələr və onlarla müdafiə mexanizmləri” mövzusunda təlim keçirilib.

 

“Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunan təlimdə İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişafı  istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul olunub. Bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılır.

 

Kompüter, Şifrə Veb Təhlükəsizliyi, Elektron, Mobil Təhlükəsizlik mövzuları haqqında ətraflı məlumat verən H.Əsgərli Kompüter Təhlükəsizliyi necə təmin edilir? Zərərli proqram nədir? Zərərli proqram kompüterlərə necə yoluxur, növləri hansılardır? kimi aktual mövzular haqda danışıb.

 

Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və aktiv iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, təlimə 150-dən artıq müəllim və  tələbə qatılıb.