Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən iqlim dəyişikliklərinə adaptasiya layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilib.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, BMT İnkişaf Proqramının Ekoloji layihələr üzrə koordinatoru Çingiz Məmmədov, layihənin meneceri Zaur Əliyev, layihənin assistenti Cəvahir Muradova, professor-müəllim heyəti, tələbələr və ekspertlər iştirak ediblər.
Bildirilib ki, həyata keçirilən layihənin əsas məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın iqlim dəyişikliklərinə adaptasiya planının hazırlanmasına kömək göstərməkdir.
Sonra iqlim dəyişikliklərinin kənd təsərrüfatı və su sektoruna təsirləri barədə təqdimatlar edilib. Qeyd olunan mövzu ətrafında müzakirələr aparılıb.
Sonda ekspertlər tərəfindən suallar cavablandırılıb.