Noyabrın 29-da təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Peter Mixalko ilə görüşüb.
 

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb