Bakı Mühəndislik Universitetində (BMU)  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı fəaliyyətinə və roluna həsr olunan mühazirə təşkli edilib.

 

KOICA-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Conq Hyun Mun təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi innovativ layihələr barədə məlumat verib. O, BMU-İNHA ikili diplom proqramı çərçivəsində görülən işlərdən danışıb və bu istiqamətdə əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Conq Hyun Mun çıxışında KOICA-nın təcrübə və imkanlarından, həyata keçirdiyi layihələrdən,  BMU ilə gələcək əməkdaşlıq perspektivlərindən, eləcə də kadr və təcrübə mübadiləsinin aparılmasının mümkünlüyündən bəhs edib.

 

Mühazirəyə Xırdalan Seconq İnstitutunun dinləyiciləri, həmçinin BMU-nun müəllim və tələbələri qatılıb. Tədbir iştirakçılarına lotereya nömrələri təqdim edilib və sonda 30 iştirakçının nömrəsi seçilərək qaliblər elan olunub. Qaliblər Koreyaya həsr edilmiş suvenirlərlə mükafatlandırılıb.

 

Tədbir mühazirə iştirakçılarına Koreya milli mətbəxinin təamlarının təqdim olunması ilə yekunlaşıb.