Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Elm və Təhsil klubu və SABAH qruplarının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş "Könüllülük və fərdi inkişaf" adlı təlim keçirilib.

 

Tələbələri ictimai fəaliyyətə yönəltmək, onların potensiallarından səmərəli formada istifadə etməyə imkan yaratmaq məqsədilə həyata keçirilən təlimdə ADPU TGT-nin sədri İsmayıl Nəsirov açılış nitqi ilə çıxış edib.

 

Təlimçi Azərbaycan Könüllü Təşkilatları İttifaqının sabiq sədri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin işçi qüvvəsi üzrə baş koordinatoru Tural Hümbətov isə könüllülüyün mahiyyəti, könüllü təşkilatların səmərəli fəaliyyət istiqamətləri, könüllü kimi fəaliyyət göstərməyin müsbət cəhətləri və ölkəmizdə könüllülük prosesinin təşviqi barəsində geniş məlumat verib.

 

Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.