Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət əməkdaşları üçün “Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı” mövzusunda onlayn təlim keçirilib. Təlimin əsas məqsədi Azərbaycanda kulturologiya və yüksək mədəniyyətin inkişafı haqda dinləyicilərə məlumat vermək olub.
DİA-nın Tarix kafedrasının professoru, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov müasir dünya dövlətlərinin kulturaloji dəyərlərinin müqayisəsinə, meritokratiyanın dörd əsas amilinə, insanın bacarıqları və qabiliyyəti, biliyi və peşəkarlığı, insani keyfiyyətləri, konkret əməyinin konkret nəticələri, bəşəriyyət qarşısında xidmətləri və s. kimi əhəmiyyətli məsələlərdən bəhs edib.
Təlim qarşılıqlı fikir mübadiləsi ilə davam edib.