Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb.
“Gaofen-1103” peykini orbitə aparan "Böyük yürüş-4B" ("Long March”) raketdaşıyıcısının buraxılışı Şensi vilayətindəki Tayyüən məntəqəsindən həyata keçirilib. Peyk planlaşdırılan orbitə çatıb.
"Çin kosmos elmləri və texnologiyaları" korporasiyasının hazırladığı peyk yer səthində müxtəlif müşahidələrin aparılması, o cümlədən torpaq ehtiyatlarının öyrənilməsi, şəhərsalma, yol şəbəkəsinin dizaynı, əkin sahələrinin məhsuldarlığının qiymətləndirilməsi və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından olan raketlərin 397-ci buraxılışı olub.
Azərtac