Lənkəran Dövlət Universitetində (LDU) “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar maarifləndirici seminar keçirilib.

 

 Təbiət fakültəsi tələbələrin qatıldığı seminar COVID-19 pandemiyası şərtlərinə uyğun təşkil edilib.

 

Seminarda  LDU-nun  Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Qalib Əmənov “Azərbaycan Respublikasında şirin su ehtiyatları, onların qorunması və səmərəli istifadə olunması yolları haqqında” geniş məruzə edib.

 

Məruzə ətrafındakı diskussiyada tələbələri maraqlandıran suallar  cavablandırılıb, onların mövzu ilə bağlı fikir və mülahizələri dinlənilib.