Gürcüstanın Batumi şəhərində keçirilən “Qızıl ulduz” yarışmasına  Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdən bir neçə qrup da qatılıb. Artıq 3 ildir ki,  təşkil olunan müsabiqədə güclü kollektivlər iştirak edir. Yarışmada Azərbaycanı “Buta”, “Aysel” və “Sevinc” rəqs qrupları təmsil ediblər. Onların nümayiş etdirdikləri  milli və dünya xalqlarının rəqsləri tamaşaçılarda xoş ovqat yaradıb.

   

Sonda balaca rəqqaslarımız  diplomlarla mükafatlandırılıblar.

                                                               

Sifai SƏFƏROVA