Heydər ƏLİYEV, ümummilli lider: “İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk Konstitusiyasını qəbul edirik”
İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk Konstitusiyasını qəbul edirik. Bu, çox məsuliyyətli və çox şərəfli vəzifədir. Bu bizə nəsib olubdur və güman edirəm ki, biz, yəni indiki nəsil həmin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə qadirik.
Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir.