Naxçıvan Dövlət Universiteti (NDU) Yeni Azərbaycan Partiyası ərazi ilk Partiya Təşkilatının təşəbbüsü, ali məktəbin tələbə təşkilatlarının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ''Zəfər'' flaşmobu təşkil edilib.
1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda NDU-nun ərazisində “8 noyabr Zəfər günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib.