Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsinin növbəti onlayn görüşü keçirilib.  Avropa Birliyinin layihə üzrə baş koordinatoru, Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant, professor Jan Noel Paşu iştirakçıların layihə ilə bağlı suallarını cavablandırıb.

 

Görüşdə layihə ilə bağlı çətinliklər, renovator qrupunun gördüyü işlər, sorğu anketinin tərtibi  və icrası, magistr və bakalavr üzrə peşə kartlarının hazırlanması və layihə iştirakçılarının təlim seminarlarına hazırlığı kimi məsələlər müzakirə olunub.