UNEC SABAH qruplarının Maliyyə ixtisası üzrə 2017-ci il məzunu Türkan Nəcəfli ACCA ixtisaslaşma imtahanında ölkə birincisi olub.
SABAH qruplarında oxuduğu müddətdə karyera həyatını “Böyük Dördlük” şəbəkəsində başlamağı hədəfləyən T.Nəcəfli 2017-ci ildən etibarən “Böyük Dördlük” şəbəkəsinə daxil olan “Deloitte & Touche” MMAC şirkətində çalışır. O, eyni zamanda beynəlxalq qurum olan ACCA (The Association of Chartered Certified Accountants) ixtisaslaşmasına sahib olmaq istiqamətində 13 imtahandan 9-nu uğurla bitirib, ACCA TX (Taxation) imtahanında isə ölkə birincisi olub.