Noyabrın 2-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.
Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Prezidenti yanında Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası Təhsil İnstitutu nümayəndələrinin TEKNOFEST festivalında iştirakı vurğulanıb.