Noyabrın 2-də təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam edir.

 

Səfər çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin Türkiyənin Ankara şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Daha sonra Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.

 

Təhsil naziri Emin Əmrullayev səfər zamanı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Abdullah Erenlə də görüşüb. Təhsil naziri YTB tərəfindən ayrılan təqaüdlər çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının Türkiyədə doktorantura səviyyəsində təhsil almasını yüksək qiymətləndirib.

 

Qeyd edək ki, YTB ilə əldə olunan razılıq əsasında 2021-2022-ci tədris ilində 15 azərbaycanlı doktorantura səviyyəsində Türkiyədə təhsil almaq hüququ qazanıb.