Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramı uğurla başa çatıb.

 

Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri, MDU-nun pedaqoji fakültəsinin gənc əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

 

Proqram çərçivəsində BDU-nun sosial elmlər və psixologiya fakültəsindən dosent Elmina Kazımzadə “Məktəb liderliyi, prinsipləri, strategiyaları və dəyərləri”, “Məktəb atmosferi və liderliyin funksiyaları”, professor Rəna İbrahimbəyova “Təhsildə gender problemləri”, “İnkişaf” Respublika elmi-praktik mərkəzinin elmi işçisi Bahar Kərimova “İstedadlı şagirdlərlə iş” mövzularında təlim keçib və postpandemiya dövründə məktəb idarəçiliyində pedaqoji-psixoloji problemlərə dair fikir mübadiləsi aparıblar.